Bakının Xəzər rayonunda dava zamanı bir nəfər bıçaqlanıb.
APA xəbər verir ki, hadisə Mərdəkan qəsəbəsində qeydə alınıb.
Bağ evlərindən birinin sahibi, 1983-cü il təvəllüdlü Vüsal Mahir oğlu Məmmədzadə həmin evdə bağban işləyən şəxslə mübahisə zamanı bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Fakt Xəzər Rayon Polis İdarəsi tərəfindən araşdırılır.