Sirkə turşusu içən vəzifəli şəxsin sürücüsü öldü

10-09-2023, 15:02           
Sirkə turşusu içən vəzifəli şəxsin sürücüsü öldü
1 ay əvvəl sirkə turşusu içərək intihara cəhd edən Yeni Azərbaycan Partiyasının (YAP) Masallı rayon təşkilatı sədri Seyfəddin Əliyevin sürücüsü Elman Abdullayev vəfat edib.

“Qafqazinfo”nun məlumatına görə, E.Abdullayev bu gün səhər saatlarında Bakı şəhərindəki müalicə aldığı xətəxanada dünyasını dəyişib.

Qeyd edək ki, avqustun 13-də E.Abdullayevin intihara cəhd etməsi barədə məlumat yayılıb. Lakin onun qohumları saytımıza açıqlamasında məlumatı təkzib edib. Sonradan əldə etdiyimiz məlumata görə, həkim rəyində E.Abdullayevin sirkə turşusu içərək zəhərləndiyi qeyd olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru