Baxmut atəş nəzarətimiz altında qalacaq... - Kalaşnikov

10-09-2023, 15:08           
Baxmut atəş nəzarətimiz altında qalacaq... - Kalaşnikov
Rusiya Baxmut istiqamətində kiçik qruplarla hücumlar etsə də, uğursuz alınır.

Axar.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin 29-cı artilleriya briqadasının mətbuat katibi Oleq Kalaşnikov deyib.

“Əgər Berxovka və Kleşevkadakı yüksəkliklər götürülsə, Baxmut tamamilə atəş nəzarətimiz altında qalacaq və düşmənin şəhərdə hər hansı manevr etmək imkanları çətin olacaq. Rusiya həm də orada qalan qarnizonunu tam təmin edə bilməyəcək”, - Kalaşnikov bildirib.

Onunu sözlərinə görə, Kleşevka azad ediləcəyi təqdirdə Ukrayna ordusu Baxmut yaxınlığında rusların cənub cinahının müdafiəsini məhv etməyə başlayacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru