Kərgədan ona qulluq edən baxıcını öldürdü

13-09-2023, 16:25           
Kərgədan ona qulluq edən baxıcını öldürdü
Avstriyanın Zalsburq şəhərindəki zooparkda kərgədan tərəfindən ağır yaralanan baxıcı hadisə yerində dünyasını dəyişib.

Publika.az xəbər verir ki, Zalsburq polisindən verilən açıqlamada kərgədanın 33 yaşlı qadın qulluqçuya gündəlik qulluq və təmizlik işləri apararkən hücum etdiyi və baxıcının ağır yaralanaraq öldüyü bildirilib. Qeyd olunub ki, qadına kömək etməyə gələn 34 yaşlı kişi baxıcı da kərgədanın hücumuna məruz qalıb və ağır yaralanaraq xəstəxanaya yerləşdirilib.

Zooparkın direktoru Sabine Qrebner mətbuata açıqlamasında dünyasını dəyişən baxıcının çox təcrübəli, hər zaman diqqətli olduğunu və heyvanlara qarşı xüsusi istedadı olduğunu deyib. Hadisənin rutin baxım zamanı baş verdiyini izah edən Qrebner, baxıcının 1,8 ton ağırlığındakı kərgədana həşəratlara qarşı krem ​​sürərkən hücuma məruz qaldığını və bu prosesin hər gün edilən adi bir tətbiqetmə zamanı baş verdiyini qeyd edib.

Zooparkda olan 4 kərgədanın baxıma öyrəşmiş heyvanlar olduğunu əlavə edən Qrebner, 30 yaşlı kərgədanın niyə hücum etdiyinin hələlik məlum olmadığını açıqlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru