Dünyanın ən hündür iti öldü

14-09-2023, 10:40           
Dünyanın ən hündür iti öldü
Dünyanın ən hündür iti Zevs üç yaşında ölüb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Zevs 2022-ci ildə Ginnesin Rekordlar Kitabına düşüb. Onun hündürlüyü 2,10 m, çəkisi - 91 kq olub.

Məlumata görə, Zevsə bu yaxınlarda xərçəng diaqnozu qoyulub. Onun sahibi, əslən Texasdan olan Brittany Davis, itinin müalicəsi üçün pul toplamaq üçün onlayn pul yığımı başladıb. O, sosial şəbəkələrdə 11 min avroya yaxın pul toplayıb. Bütün məbləğ Zevsə qulluq etmək üçün xərclənib.

Heyvanın ayağı şişə görə amputasiya edilməli olub. Əməliyyat yaxşı keçib, lakin gecə Zevsin səhhəti qəfil pisləşib və o ölüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru