Yeni doğulmuş körpəni evin həyətinə atıb gözdən itib

1-03-2024, 08:34           
Yeni doğulmuş körpəni evin həyətinə atıb gözdən itib
Həştərxan vilayətində baxımsız qalmış yeni doğulmuş oğlan uşağı tapılıb.

32gun.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə vilayət prokurorluğundan məlumat verilib.

Hadisə rayonun Vatajnoe kəndində baş verib. Körpə evlərdən birinin həyətində tapılıb. Hadisənin təfərrüatları açıqlanmır.

“Hazırda uşaq rayon perinatal mərkəzdədir. Ananın şəxsiyyəti müəyyən edilib”, - deyə məlumatda bildirilib.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır. Şöbənin nümayəndələri hadisənin hansı şəraitdə baş verdiyini öyrənəcək və valideynlərin uşağın tərbiyəsi ilə bağlı öhdəliklərini necə yerinə yetirdiyini qiymətləndirəcəklər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru