Rusiyada azərbaycanlı kişi və həyat yoldaşı qəzada həlak olublar - FOTO/VİDEO

1-03-2024, 13:14           
Rusiyada azərbaycanlı kişi və həyat yoldaşı qəzada həlak olublar - FOTO/VİDEO
Rusiyada azərbaycanlı kişi və həyat yoldaşı yol-nəqliyyat hadisəsində həlak olublar.

“Report”un məlumatına görə, əslən İmişli rayonunun Xələfli kəndindən olan 1990-ci il təvəllüdlü Feyzulla Hacı oğlu Hacıyev və onun həyat yoldaşı, 1994-cü il təvəllüdlü Nəcibə Murad qızı Muradova Rusiyanın Ulyanov əyalətinin Dmitrovqrad rayonunda qəzaya düşüblər.

Məlumata görə, hadisəyə səbəb Feyzulla Hacıyevin idarə etdiyi “Lada Largus” markalı avtomobilin idarəetmədən çıxması olub. Belə ki, qarşı zolağa çıxan “Lada Largus” qarşıdan gələn “Mercedes-Benz” markalı yük avtomobili ilə toqquşub.
Onların nəşinin Azərbaycana göndərilərək dəfn ediləcəyi bildirilir.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru