Yəmən yaxınlığında güclü zəlzələ olub

2-03-2024, 12:14           
Yəmən yaxınlığında güclü zəlzələ olub
Yəmən yaxınlığında 5,9 maqnitudalı zəlzələ olub. “Report” xəbər verir ki, bu barədə ABŞ-nin Geoloji Xidmətinin verilənlərindən məlum olub.

Verilənlərə əsasən, saat 20:29-da (Bakı vaxtı ilə 21:29-da) Ərəbistan dənizində, ölkənin Sokotra adasından 360 km cənub-şərqdə zəlzələ qeydə alınıb. Yeraltı təkanların ocağı 10,2 km dərinlikdə yerləşib.

Quruda dağıntı və tələfatın olması barədə məlumat yayılmayıb. Regionda sunami təhlükəsi elan olunmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru