Arvadını baltalayan kişi özünə də xəsarət yetirib

6-03-2024, 07:04           
Arvadını baltalayan kişi özünə də xəsarət yetirib
Lənkəranda ailə münaqişəsi bədbəxt hadisə ilə nəticələnib.

Gununsesi.info xəbər verir ki, hadisə rayonun Mamusta kəndində baş verib.

Belə ki, kənd sakini 1955-ci il təvəllüdlü Şahəddin Bayram oğlu Məlikov, həyat yoldaşı 1952-ci il təvəllüdlü Xanımqız Həsən qızı Məlikovaya balta ilə xəsarət yetirib.

Ş. Məlikov özünə də xəsarət yetirdiyindən hər iki şəxs Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Həkimlər X.Məlikovaya başın kəsilmiş yarası, sol mil sümüyünün tipik yerin dəyişən qəlpəli sınığı, Ş.Məlikova isə hər iki saidin, döş qəfəsin, boyunun kəsilmiş deşilmiş yarası diaqnozu qoyublar.

Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru