Qətldən 4 il sonra bəraət aldı - Prokuror protest verdi

8-03-2024, 00:10           
Qətldən 4 il sonra bəraət aldı - Prokuror protest verdi
Prokuror kirayə qaldığı evin sahibini öldürməkdə təqsirli bilinərək 4 il sonra bəraət alan Polad İsmayılov haqda qərardan narazıdır.

TEREF xəbər verir ki, “qafqazinfo”nun əldə etdiyi məlumata görə, ittiham tərəfi hesab edir ki, İsmayılovun cinayət işi apellyasiya baxışında düzgün araşdırılmayıb.

Prokuror bəraətverici qərardan kassasiya protesti verib. Protestdə qərarın ləğv edilməsi, cinayət işinin yeni apellyasiya baxışına qaytarılması tələb edilir.

Qeyd edək ki, 2011-ci ildə Zaqatalada 61 yaşlı Seyran Əyyubova evində qətlə yetirilib. Cinayət işinin üstü 9 il sonra açılıb, 50 yaşlı Polad İsmayılov həbs edilib. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 11 il həbs cəzası verilib. Şəki Apellyasiya Məhkəməsinin qüvvədə saxladığı hökmü Ali Məhkəmə ləğv edib. İş yenidən araşdırılması üçün geri qaytarılıb.

Şəki Apellyasiya Məhkəməsi prokurorun israrına baxmayaraq, təkrar araşdırmadan sonra müttəhimin bəraətinə qərar verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru