Modern.az xəbər verir ki, meyit şəhərin Atatürk prospektində yerləşən binaların birinin qarşısında aşkarlanıb. Belə ki, 1961-ci il təvəllüdlü Arzu Hüseynovun meyti binanın yaxınlığından tapılıb. Hadisə yerinə hüquq mühafizə orqanların əməkdaşları cəlb olunub.
İlkin məlumata görə A.Hüseynov ürək tutmasından dünyasını dəyişib.