Evsiz qadına sədəqə verdi, cərimə edildi

9-03-2024, 00:02           
Evsiz qadına sədəqə verdi, cərimə edildi
Rusiyalı yazıçı Lena Lenina Fransada evsiz qadına sədəqə verdiyinə görə cərimələnib.

Qaynarinfo xəbər verir ki, bu barədə kp.ru məlumat yayıb.

Leninanın dediyinə görə, 8 mart ərəfəsində dilənçi qadına kömək etmək qərarına gəlib və 10 avro verib. Bunu görən polis onu dərhal 100 avro cərimələyib.

Fransada dilənçilik və onunla əlaqəli mafiya ilə mübarizə çərçivəsində sədəqə vermək qadağandır.

"Yaxşı əməllərin cəzalandırılması ayıbdır. Amma bu gün həqiqətən ehtiyacı olanları fırıldaqçılardan ayırmaq mümkün deyil, ona görə də şəhər rəhbərliyinin təşəbbüsünü dəstəkləyirəm" deyən Lenina son vaxtlar Avropa küçələrində evsizlərin azaldığını qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru