Qlobal temperatur artımının yaratdığı fəlakətlər son illərdə artmaqdadır. SİA xarici mətbuata istinadən xəbər verir ki, Türkiyənin 81 şəhərindən 36-nın yüksək və ya çox yüksək iqlim riski altında olduğunu ortaya qoyan son hesabatda İstanbul və Ankarada baş verə biləcək fəlakətlərə diqqət çəkilir. Belə ki, Cənubdakı şəhərlər və İstanbul isti dalğalarının təsiri altına düşəcək.