ABŞ-də "TikTok" qadağan edilir

10-03-2024, 00:05           
ABŞ-də "TikTok" qadağan edilir
"TikTok" sosial şəbəkəsi ABŞ-də qadağan edilə bilər.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-də təklif edilən yeni qanun layihəsi ölkə vətəndaşlarının xaricilər tərəfindən nəzarət olunan tətbiqlərdən qorunmasını nəzərdə tutur.

ABŞ prezidenti Co Bayden qanun layihəsi qəbul olunacağı təqdirdə onu imzalayacağını bildirib.

Qeyd edək ki, sözügedən qanun layihəsi martın 7-də ABŞ Konqresinin Nümayəndələr Palatasının Energetika və Ticarət Komitəsi tərəfindən təsdiqlənib. ABŞ Konqresinin aşağı palatasının gələn həftə qanun layihəsini nəzərdən keçirəcəyi gözlənilir. Sənəd prezident Baydenə təqdim olunmazdan əvvəl Senatın da təsdiqini almalıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru