Qüdsün girişində insident: iki nəfər yaralanıb

13-03-2024, 16:27           
Qüdsün girişində insident: iki nəfər yaralanıb
Hücum edən şəxs hüquq-mühafizə orqanları tərəfindən yerindəcə zərərsizləşdirilib

Bu gün səhər saatlarında Qüdsün girişindəki nəzarət-buraxılış məntəqələrindən birində bıçaqlı hücum nəticəsində iki nəfər yaralanıb.

AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail polisinin Mətbuat Xidməti məlumat yayıb.

Bilditrilib ki, hücum edən şəxs hüquq-mühafizə orqanları tərəfindən yerindəcə zərərsizləşdirilib. Hadisə yerinə xeyli sayda polis qüvvələri cəlb edilib.

Təcili Yardım Xidmətindən isə bildirilib ki, 25 yaşlı kişi və 19 yaşlı qız bıçaqlanıb, onlar xəstəxanaya yerləşdirilib. Onların həyatları üçün təhlükə yoxdur.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.