Bakıda dəniz limanında işçini avtokar vuraraq öldürüb

15-03-2024, 00:15           
Bakıda dəniz limanında işçini avtokar vuraraq öldürüb
Suraxanı rayonunda limanda ehtiyatsızlıq bir nəfərin ölümünə səbəb olub.
Bakupost.az APA -ya istinadla xəbər verir ki, hadisə Hövsan qəsəbəsində qeydə alınıb.
Belə ki, Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanında işləyən 1994-cü il təvəllüdlü Tağıyev Zaur Məhərrəm oğlunu ehtiyatsızlıqdan avtokar vurub. Gənc oğlan aldığı xəsarətlərdən travmatik şok keçirib.
O, xəstəxanaya çatdırılarkən yolda dünyasını dəyişib.
Faktı Suraxanı Rayon Prokurorluğunun əməkdaşları araşdırır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru