Paytaxtda silahlıların otelə hücumu zamanı bir neçə məmur yaralanıb - Aralarında rəis də var

15-03-2024, 07:31           
Paytaxtda silahlıların otelə hücumu zamanı bir neçə məmur yaralanıb - Aralarında rəis də var
Somalinin paytaxtı Moqadişuda “Əş-Şəbab” radikal islamçı qruplaşmasının silahlıları prezident sarayının yaxınlığında terror aktı törədiblər.

32gun.az bildirir ki, barədə yerli “Moqadişu24” portalı X sosial şəbəkəsində məlumat yayıb.

Onlar əvvəlcə saraya ən yaxın olan oteldə dayanmış avtomobili partladıblar, sonra isə otelin içərisində atışma təşkil ediblər. Portalın məlumatına görə, Somali hökumət rəsmiləri arasında itkilər var. Ədliyyə Nazirliyinin baş direktoru, ölkənin federal parlamentinin üzvləri, Nazirlər Kabinetinin nümayəndəsi, həmçinin SMS TV-nin direktoru xəsarət alıb.

Polis bölməsinin rəisi və əsgərlər də yaralanıb. Zərərçəkənlərin vəziyyəti barədə məlumat verilmir. Hücum qurbanları barədə məlumat yoxdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru