Gündə 1 dəqiqə cəfəri çeynəyin

15-03-2024, 16:08           
Gündə 1 dəqiqə cəfəri çeynəyin
Mövsümi göyərtilərdən biri olan cəfəri çiy istehlak edildikdə çox gözəl təsir göstərir. O, yeməklərdə və salatlarda tez-tez istifadə olunan yaşıl yarpaqlı bitki növüdür. Elmi adı Petroselinum crispum olan cəfəri tez-tez ədviyyat kimi istifadə olunur və ətirli xüsusiyyətləri ilə tanınır. Cəfərinin sağlamlıq üçün çoxlu faydaları var. Tərkibindəki yüksək C vitamini, dəmir, kalsium və lif sayəsində həzm sistemi sağlamlığını dəstəkləyir. Həm də antioksidan xüsusiyyətləri sayəsində immunitet sistemini gücləndirir. Cəfəri salatlara və yeməklərə ləzzət qatır. Çiy istehlak edildikdə faydaları saysız-hesabsız olur.Foodinfo.az çiy cəfəri yeməyin faydalarını təqdim edir:- Ağız qoxusunu aradan qaldırmaq üçün cəfəridən istifadə edə bilərsiniz. Onun tərkibindəki xlorofil pis qoxuları zərərsizləşdirir və təravət hissi verir. - Tərkibində olan antioksidantlar bədəni sərbəst radikalların yaratdığı oksidləşdirici stressdən qoruyur. - Cəfəri çeynəmək diş minasını və diş ətini gücləndirir. - Cəfəri zəngin C vitamini mənbəyidir. Çeynəməklə istehlak edildikdə C vitamini birbaşa sorulur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru