Ölkədə ət istehsalı azalıb

15-03-2024, 13:18           
Ölkədə ət istehsalı azalıb
2024-cü ilin yanvar-fevral aylarında quş əti də daxil olmaqla diri çəkidə 89,1 min ton ət istehsal olunub. 2023-cü ilin müvafiq dövrünə nisbətən ət istehsalı isə 1,5 faiz azalıb.

“APA-Economics”in Dövlət Statistika Komitəsinin cari ilin yanvar-fevral ayları üzrə hesabatına istinadən xəbərinə görə, qeyd olunan dövrdə 324,5 min ton süd, 367,8 milyon ədəd yumurta istehsal edilib. 2023-cü ilin müvafiq dövrünə nisbətən süd istehsalı 0,7 faiz, yumurta istehsalı 3,4 faiz artıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru