Bu hərbçilərə mənzillər verildi

15-03-2024, 12:48           
Bu hərbçilərə mənzillər verildi
Martın 15-də Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli Fərmanının icrasının təmin edilməsi məqsədilə yaradılmış komissiya tərəfindən 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçulara (hərbi xidmətdə olan, ehtiyata buraxılmış hərbi qulluqçular və ya onların varislərinə) daimi mənzillərin verilməsi mərasimi keçirilib.

Bu barədə Axar.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Mərasimdə hərbi qulluqçuların ailə üzvləri, nazirliyin müvafiq qurumlarının nümayəndələri və media mənsubları iştirak edib.

Şəffaflıq və ədalətlilik prinsipi nəzərə alınmaqla, seçim əsasında Abşeron rayonu, Bakının Sabunçu və Suraxanı rayonlarında hərbi qulluqçuların ailələrinə mənzillər təqdim edilib.

20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların ailə tərkibi nəzərə alınmaqla onlara müvafiq sahəsi olan mənzillər verilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru