Dəhşətli yol qəzası: 5 nəfər öldü - FOTO

16-03-2024, 18:57           
Dəhşətli yol qəzası: 5 nəfər öldü - FOTO
Rusiyanın Omsk əyalətində 3 nəqliyyat vasitəsinin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, hadisə martın 16-da gündüz saatlarında “Tümen” avtomagistralının 565-ci kilometrliyində qeydə alınıb.

Məlumata görə, iki yük maşını və mikroavtobus toqquşub. Zərbənin şiddətindən yanğın baş verib. Nəticədə 1-i uşaq olmaqla 5 nəfər ölüb. Daha bir neçə nəfər isə xəstəxanaya aparılıblar.

İlkin məlumata görə, hadisəyə səbəb yük maşınlardan birinin mikroavtobus yol verməməsi olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru