Yatmazdan əvvəl çay içmək məsləhət görülmür

18-03-2024, 08:58           
Yatmazdan əvvəl çay içmək məsləhət görülmür
Avropa Tibb Mərkəzinin (EMM) nevroloqu və somnoloqu Nikolay İlyin yuxu keyfiyyətini yaxşılaşdırmaq üçün axşam çayından imtina etməyi tövsiyə edib.Foodinfo.az xəbər verir ki, ekspert “İzvestiya” qəzetinə müsahibəsində bildirib ki, bir-iki peçenye və ya bir parça tort bir çox insan üçün yatmazdan əvvəl (xüsusilə də bir stəkan qara çay ilə) adi qəlyanaltıdır. Amma yağ və şəkərdə yüksək olan bu qidalar qastroezofagial reflü xəstəliyinə (GERD) səbəb ola bilər.Mütəxəssisin qeyd etdiyi kimi, şirniyyat qanda şəkərin səviyyəsini artırır ki, bu da həyəcanın artmasına və yuxu ilə bağlı problemlərə səbəb ola bilər.Bir stəkan qara çay 47 mq kofein ehtiva edir ki, bu da bir fincan qəhvənin 2/3 hissəsinə uyğundur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.