Qəzzada ölən fələstinlilərin sayı 32 min nəfərə çatıb

17-03-2024, 19:00           
Qəzzada ölən fələstinlilərin sayı 32 min nəfərə çatıb
İsrailin Qəzza zolağında hərbi əməliyyatları başlayandan bəri həlak olan fələstinlilərin sayı 31,6 mini keçib, 73,6 mindən çox insan isə yaralanıb.

"Report" xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi rəsmi teleqram kanalında məlumat yayıb.

Qəzzada ölən fələstinlilərin ümumi sayı 31 645 nəfərə çatıb, 73 676 nəfər yaralı var.

Ötən sutka ərzində İsrail ordusunun Qəzza zolağındakı hərbi əməliyyatları nəticəsində 92 nəfər həlak olub, 130 nəfər yaralanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru