Telefon şagirdin əlində partlayıb

18-03-2024, 00:16           
Telefon şagirdin əlində partlayıb
Rusiyanın Novqorod vilayətinin Boroviçi şəhərindən olan məktəblinin əlində cib telefonu partlayıb.

Bu barədə “Komsomolskaya Pravda” şəhər administrasiyasının mətbuat xidmətinə istinadən məlumat yayıb.

Yeniyetmə ağır bədən xəsarətləri alıb və Boroviçi Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Şəhər administrasiyası qeyd edib ki, xəsarətlərə səbəb uşağın yatarkən əlindəki qurğunun partlaması olub.

Meriya rusiyalıları smartfonlardan istifadə edərkən təhlükəsizlik tədbirlərinə riayət etməyə çağırıb:

“Vanna otağında cihazlardan istifadə etməyin, əgər onlar həddindən artıq qızarsa, onları elektrik şəbəkəsindən ayırın”.

Bundan əvvəl İrkutsk vilayətində məktəbli qızın əlində telefonun şarj cihazı partlayıb. Qız telefon şarj edərkən onlayn oyun oynayırmış.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru