“Bir gecədə 500 min funt sterlinq...” - Ən çox axtarılan insan alverçisi tutuldu

15-05-2024, 12:07           
“Bir gecədə 500 min funt sterlinq...” - Ən çox axtarılan insan alverçisi tutuldu
Dünyanın ən məşhur miqrant qaçaqmalçılarından olan “Əqrəb” ləqəbli Bərzan Kamal Məcid həbs edilib.
Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, İraq əsilli Məcid bu ölkənin şimalında təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.
Böyük Britaniya da daxil olmaqla, bəzi Avropa ölkələrinə insanları qaçaqmalçılıq yolu ilə keçirməkdə günahlandırılan Bərzan Kamal qitə boyu polis qüvvələri tərəfindən axtarışda olub. Onun həbsi BBC-nin İraqın Süleymaniyyə şəhərindəki ticarət mərkəzində onunla üz-üzə müsahibəsindən cəmi üç gün sonra baş verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru