Rusiyada DƏHŞƏT: 40-dan çox bağ evi və yardımçı tikili yanıb KÜLƏ DÖNDÜ

19-05-2024, 11:17           
Rusiyada DƏHŞƏT: 40-dan çox bağ evi və yardımçı tikili yanıb KÜLƏ DÖNDÜ
Rusiyanın Saxalin adasının Vostok kəndində güclü yanğın baş verib.

Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" Rusiya Fövqəladə Hallar Nazirliyinə istinadla məlumat yayın.

Bildirilib ki, yanğın 40-dan çox bağ evi və yardımçı tikililəri əhatə edib.

"Poronayski rayonunun Vostok kəndində 7 bağ evinin və 36 yardımçı tikilinin yanğını barədə məlumat mayın 19-na keçən gecə yanğınsöndürənlərə daxil olub", - idarənin nümayəndəsi agentliyə bildirib.

Onun sözlərinə görə, saat 6:21-də (Şənbə günü Moskva vaxtı ilə 22:21) Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yanğını 2100 kvadratmetr sahədə lokallaşdırıblar. Üç saatdan sonra yanğın tamamilə söndürülüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru