Bakıda kuryoz hadisə: Oğurladığı pullar oğurlandı

27-05-2024, 17:38           
Bakıda kuryoz hadisə:
Bakıda kuryoz hadisə baş verib. Belə ki, başqasının evindən oğurluq edən şəxsin özü də cinayətin qurbanı olub.

TEREF oxu.az-a istinadla xəbər verir ki, mayın 22-də Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsində evlərin birindən 2500 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə 4-cü Polis Şöbəsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən əvvəllər məhkum olunmuş Nazir Qasımov idarə etdiyi "Mersedes" markalı avtomobillə birgə saxlanılıb.

N.Qasımov polis şöbəsində ərizəsində mayın 24-də onun avtomobilindən 840 manat pulunun oğurlamasını bildirib.

Görülmüş tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən qadın da müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktlarla bağlı araşdırmalar aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru