Boyat çörəklərinizi israf etmədən ləzzətli yeməklər hazırlaya bilərsiniz

26-07-2024, 15:08           
Boyat çörəklərinizi israf etmədən ləzzətli yeməklər hazırlaya bilərsiniz
Boyat çörəkləri atmaq əvəzinə, onları müxtəlif yollarla yenidən istifadə edə bilərsiniz.
Foodinfo.az bir neçə sadə və ləzzətli üsulu təqdim edir:
1. Boyat çörəyi kiçik kvadratlara doğrayın, zeytun yağı və ədviyyatlarla qarışdırıb sobada qızardın. Bu, salat və şorbalar üçün mükəmməldir.
2. Çörəyi qurutduqdan sonra blenderdə üyüdün. Bu qırıntıları qızartma və soba yeməklərində istifadə edə bilərsiniz.
3. Çörəyi yumurta və süd qarışımına batırıb tavada qızardın. Bu yemək uşaqların sevimli yeməklərindəndir.
4. Boyat çörəyi süd, yumurta və şəkər qarışımında isladıb sobada bişirin. Bununla dadlı desert əldə edəcəksiniz.Bu üsullarla boyat çörəklərinizi israf etmədən ləzzətli yeməklər hazırlaya bilərsiniz.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.