Bu ağacın yarpağı dəri xəstəlikləri üçün çox faydalıdır

27-07-2024, 15:08           
Bu ağacın yarpağı dəri xəstəlikləri üçün çox faydalıdır
Çinar yarpağı çoxsaylı sağlamlıq faydalarına malikdir. Bu yarpaqlar antioksidant, antibakterial və antiinflamatuar xüsusiyyətləri ilə tanınır. Foodinfo.az xəbər verir ki, çinar yarpağının tərkibində olan flavonoidlər və fenolik maddələr orqanizmi sərbəst radikalların zərərli təsirlərindən qoruyur. Bu da, ürək-damar xəstəliklərinin riskini azaldır. Yarpaqların çayı mədə-bağırsaq problemlərinə, xüsusən də mədə xorası və qastrit kimi xəstəliklərə yaxşı təsir göstərir. Bundan başqa, çinar yarpağının dəmləməsi dəri xəstəliklərinin müalicəsində istifadə edilərək yaraların tez sağalmasına kömək edir. Oynaq və əzələ ağrılarına qarşı da təsirli olan çinar yarpağı revmatizm və artrit kimi xəstəliklərdə istifadə edilir. Ancaq istifadədən əvvəl həkimlə məsləhətləşmək vacibdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru