Bu çay enerjinizi yüksəldəcək

17-09-2024, 15:14           
Bu çay enerjinizi yüksəldəcək
Matcha çayı Yapon mədəniyyətində xüsusi yeri olan yaşıl çay növüdür. O, digər çaylardan fərqli olaraq toz halında təqdim edilir və çayın yarpaqları bütöv istifadə olunur, bu da onun qida dəyərini artırır. Foodinfo.az xəbər verir ki, Matcha tərkibində çoxlu miqdarda antioksidantlar, xüsusilə də epigallokatexin qalat (EGCG) ehtiva edir. Bu antioksidantlar bədəni sərbəst radikallardan qoruyur və xərçəng, ürək-damar xəstəlikləri kimi ciddi xəstəliklərə qarşı müdafiə edir.Bu çay həm də metabolizmi sürətləndirir, yağ yandırma prosesini dəstəkləyir və enerji səviyyəsini artırır. Matcha çayı yüksək miqdarda C, A, K vitaminləri və dəmir, kalsium kimi minerallar ehtiva edir. Gündəlik pəhrizə matcha əlavə etmək ümumi sağlamlıq və enerjini yaxşılaşdırmaq üçün əla seçimdir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.