İsrail ordusu Livanın paytaxtına zərbələr endirib: "Hizbullah"ın 20 komandiri ölüb

21-09-2024, 12:19           
İsrail ordusu Livanın paytaxtına zərbələr endirib: "Hizbullah"ın 20 komandiri ölüb
İsrail Müdafiə Ordusunun (SAXAL) Livana endirdiyi zərbə nəticəsində "Hizbullah" qruplaşmasının 20 komandiri öldürülüb.

Oxu.Az xəbər verir ki, bu barədə "Axios" portalı İsrail rəsmisinə istinadən məlumat verir.

"Radvan" qüvvələrinin yüksək komandanlığı, təxminən 20 komandir zərbə zamanı həlak olub", - mənbə bildirib.

Materialın müəllifinin sözlərinə görə, İsrail belə qənaətə gəlib ki, Livanla sərhəddə vəziyyəti nizamlamaq üçün hərbi eskalasiyadan yayına bilməz.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru