Kentavr, yoxsa atlı?

Bu gün, 09:24           
Kentavr, yoxsa atlı?
Yarıat-yarıinsan olan mifoloji varlıq Kentavr əsrlər boyu maraq obyekti olub. Kentavr sözü yunancadan “qatil” və ya “öküz ovçusu” kimi tərcümə olunur.
Əsasən, yunan mifologiyasında rast gəlinən kentavrlar qurşaqdan yuxarı insan, qurşaqdan aşağı at olan obrazdır. Onlar yaxşı ox atmağı bacarırlar.
Bu mifoloji varlığın haradan yaranması isə müxtəlif mənbələrdə fərqli göstərilir. Amma gerçəyə daha çox yaxın olanı, çox güman ki, bu obraz haqqında təsəvvürlər şimaldan olan köçəri tayfaların at çapmağın nə olduğunu bilməyən sivil insanlarla görüşündən sonra yaranıb. Sivil insanlar bunun nə olduğunu bilməyib, təxəyüllərində belə bir obraz yaradıblar. Çünki onlar at belində olublar və yaxşı ox atıblar. Piyada qoşununda olanlar üçün bu, qeyri-adi və möcüzəvi görünüb. Kentavrlar ədəbiyyatda da obraz kimi geniş istifadə olunub.
Gülnar Abbasova
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.