İranda ard-arda ikinci faciə: Neft zavodu partladı

Bu gün, 12:16           
İranda ard-arda ikinci faciə: Neft zavodu partladı
İkin gün öncə İranda Tabas kömür mədənində baş verən faciədən sonra, dünən daha bir olay yaşanıb. Tribunainfo.az xəbər verir ki, bu dəfə Gərəmsar Neft Zavodunda yanğın baş verib.
Rəsmi məlumatlara görə, yanğın 10 neft çəninin yerləşdiyi ərazidən başlayıb. Hadisə nəticəsində 10 nəfər yaralanıb. Gün ərzində yanğını söndürmək mümkün olmayıb.
Gərəmsar Yanğından Mühafizə İdarəsinin rəsmiləri bildirib ki, yanğının daha geniş əraziyə yayılmasının qarşısını almağa çalışırlar. Lakin zavodda baş verən ar-arda 4 partlayış onlara ciddi maneçilik törədir.
İranda isə bununla bağlı xəbərlər dolaşır ki, hadisələr kənar müdaxilə nəticəsində baş verib. Həmin iddialara görə, İsrail tərəfi İranda vəziyyəti gərginləşdirmək üçün bu addımları atır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.