Bakıda axtarışda olan şəxs bıçaqla müqavimət göstərdi – Polis atəş açdı

25-09-2024, 09:56           
Bakıda axtarışda olan şəxs bıçaqla müqavimət göstərdi – Polis atəş açdı
Bakı şəhərində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, axtarışda olan şəxs polis əməkdaşlarına kəsici alətlə müqavimət göstərib qaçmağa cəhd edib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, sentyabrın 24 -də gecə saatlarında əvvəllər məhkum olunan 1991-ci il təvəllüdlü Fərid Əlizadə saxlanılarkən üzərində olan bıçaqla polis əməkdaşlarına müqavimət göstərdiyindən ona xidməti tabel silahı ilə xəbərdarlıq edilməklə saxlanılıb. Xəsarət alan şübhəli şəxs xəstəxanaya yerləşdirilib.
Onun üzərindən bıçaq, satış məqsədilə daşınan müxtəlif çəkilərdə qablaşdırılan narkotik vasitə olan herion aşkarlanıb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. İstintaq hərəkətləri davam etdirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru