"Günay Bank"la şirkət arasında kredit qalmaqalı 26-09-2024, 00:11 "Günay Bank" ASC "Eleqant F Group" MMC-ni məhkəməyə verib. Valyuta.az xəbər verir ki, bankın iddiasına Xətai Rayon Məhkəməsində baxılacaq. Əminə Abbasova iş üzrə hakim təyin edilib. Məhkəmə çəkişməsi kredit müqaviləsi üzrə mübahisələrlə bağlıdır. Facebook-da paylaş