Şiə və sünni qarşıdurması: 25 ölü

27-09-2024, 09:18           
Şiə və sünni qarşıdurması: 25 ölü
Pakistanın Hayber Paxtunxva əyalətində şiə və sünni qəbilələri arasında qarşıdurma baş verib.

Hayber Paxtunxva əyalətinin sözçüsü Saif Əli mətbuata verdiyi açıqlamada bölgədəki gərginliyi və torpaq mübahisəsini həll etməyə çalışdıqlarını bildirib.

Bu toqquşmalar nəticəsində ən azı 25 nəfərin həyatını itirdiyini bildirən Əli, onlarla insanın yaralandığını da qeyd edib.

Qeyd edək ki, ağır silahlardan istifadə edilən Hayber Paxtunxva əyalətinin Kurram rayonunda mübahisəli torpaqda tikilən tikiliyə görə rəqib tayfalar arasında münaqişə baş verib.

240 milyon əhalisi olan Pakistanda şiələr ölkənin təxminən 15 faizini təşkil edir. \\News24.az/













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru