Azərbaycana 68 mlrd. dollardan çox sərmayə qoyulub

20-09-2016, 10:43           
Azərbaycana 68 mlrd. dollardan çox sərmayə qoyulub
Hazırda SOCAR 15 ölkənin 23 şirkəti ilə imzalanmış 17 Hasilatın Pay Bölgüsü Sazişində (HPBS) Azərbaycan dövlətini uğurla təmsil edir.
“APA-Economics” xəbər verir ki, bu barədə SOCAR-ın prezidenti Rövnəq Abdullayevin “Azərbaycan” qəzetində dərc olunmuş məqaləsində deyilir.
Onun sözlərinə görə, eyni zamanda SOCAR-ın təsisçiliyi ilə yaradılmış 36 birgə müəssisə, 6 alyans, xarici ölkələrdəki törəmə şirkətlərin fəaliyyəti neft və qaz sənayesinin, demək olar ki, bütün sahələrini əhatə edir: “Birgə layihələrdə əməkdaşlıq etdiyimiz xarici partnyorlar arasında BP, “Total”, “Petronas”, TPAO, “Chevron”, “Statoil”, “LUKoil” və digər dünya miqyaslı şirkətlər vardır. HPBS-lər çərçivəsində 1995-2016-cı illərdə Azərbaycanın neft-qaz sektoruna ümumilikdə 68,2 milyard ABŞ dollarından artıq sərmayə qoyulmuşdur”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru