Ölüm təhlükəsi ilə üz üzə olan ailənin aqibəti nə olacaq?

20-09-2016, 12:03           

teref.az - nun əski yazarı Mehman Məmmədovun 2013 –cü ildə Avropaya mühacirət etdiyi hamının yadındadır. Mehman bəy yazdığı tənqidi yazılara görə dəfələrlə polis və naməlum şəxslər tərəfindən təqib və təzyiqlərə məruz qalmışdı.Naməlum adamlar tərəfindən özü və ailəsinin ölümlə təhdid edildiyi barədə yazmışdıq.
Bu yaxınlarda Avropadan bizimlə əlaqə saxılayan Mehman bəy ailəsi ilə mühacirətdə olduğunu və oturum üçün izn istədiyini vurğulamışdı. Lakin aldığımız məlumata görə ingilis hökuməti onun bu xahişini rədd edib.
Qeyd etmək istəyirik ki,Mehman bəyin ailəsidə yanındadır. Onuda qeyd etmək istəyirik ki, Mehman bəyin ailəsidə ölüm təhdid altındadır.Dəfələrlə xanımı Mədinə Məmmədovanın qarşısı naməlum şəxslər tərəfindən kəsilərək ölümlə hədələnmişdir. Uşaqlarının qaçırılacağı və özlərinin öldürüləcəyi haqqında xəbərdarlıqlar alan Mədinə xanım polisə müraciət etsədə bunun heç bir xeyri olmamışdır. Kücədə naməlum şəxslər ona məktəbdən gələrkən hücum etmiş, uşağını zorla aparmaq istəyərkən küçədəki adamların vasitəsi ilə yaxasını qurtarmışdı. Əqidəsi və azad fikirlərinə görə ailəsi ilə ölüm təhlükəsi ilə üz - üzə qalan ailə demokratik dəyərlərin forpostu hesab edilən İngiltərədən nicat umaraq sığınıb.
Ona görə onların Bakıya qayıtmaqlarını özləri və ailələri üçün təhlükəli hesab edirk. Lakin görünür London hakimiyyəti bunları nəzərə almır və bir haqq mücadiləsi verən ailəni yenidən Azərbaycana ölümə göndərir.
Budurmu Avropanın azadlıqlara dəstəyi?
















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.