Veteran Bakının mərkəzində özünü yandırdı

20-09-2016, 12:07           

Dünən AMEA-nın keçmiş əməkdaşı intihara cəhd edib.

“Qafqazinfo” xəbər verir ki, 1956-cı ildə Ağsu rayonunda anadan olmuş Bədəlli Məğrub Ağamalı oğlu Filarmoniya bağının yaxınlığında şalvarının balaq hissəsinə spirt tökərək özünü yandırmağa cəhd göstərib. Yaxınlıqdakı polis əməkdaşları tərəfindən özünə qəsd cəhdinin qarşısı alınıb.

M. Bədəlov intihara cəhdinə səbəb kimi 15-ci polis bölməsində ona qarşı haqsızlıq olunduğunu qeyd edib.

Məlum olub ki, Ləhic bağları ərazisində müharibə veteranı kimi ona ayrılmış torpaq sahəsində ev tikən zaman RİH əməkdaşları tərəfindən tikinti dayandırılıb. Bu zaman tərəflər arasında qarşıdurma olub və hadisəyə polis müdaxilə edib. Buna etiraz olaraq isə M. Bədəlov intihara cəhd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru