Zelenski Rusiya ilə atəşkəs müzakirələrini rədd edib

11-10-2024, 11:43           
Zelenski Rusiya ilə atəşkəs müzakirələrini rədd edib
"Ukrayna Qərblə Rusiya ilə münaqişədə atəşkəs imkanlarını müzakirə etməyib".

Oxu.Az "İnterfaks-Ukrayna"ya istinadən xəbər verir ki, bunu Volodimir Zelenski deyib.

Ukrayna lideri qeyd edib ki, son vaxtlar mediada onun atəşkəsdən danışmaq üçün Qərbə getdiyi barədə məlumatlar yayılıb. Zelenski bu məlumatın həqiqətə uyğun olmadığını bildirib.

Xatırladaq ki, bundan əvvəl İtaliyanın "Corriere della Sera" qəzeti Zelenskinin Ukraynanın ərazi itirməsini tanımadan mövcud cəbhə xəttində atəşkəsə hazır olduğunu, bunun müqabilində Kiyevin Qərbdən təhlükəsizlik zəmanəti istədiyini yazmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru