Qadın özünü yandırdı - GÖYÇAYDA

21-09-2016, 21:49           

Göyçay rayonunda intihara cəhd olub.

teref.az apa-ya istinadən xəbər verir ki, hadisə bu gün Göyçayın Bığır kəndində qeydə alınıb.

Kənd sakini, 1957-ci il təvəllüdlü Salmanova Roza Eynulla qızı yaşadığı evin həyətindəki ot tayasını yandırıb. Qadın özünü odun içinə ataraq öldürmək istəyib.

Roza Salmanova ağır yanıq xəsarətləri ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda qadının vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı Göyçay Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru