Hansı hallarda benzini qarışdırmaq mümkündür?

23-09-2016, 00:59           

"92" markalı benzin, "Premium", yaxud da "Super"... Ola bilər ki, üçü də bir arada. Kim hansına üstünlük verir? Bucür kombinə olunmuş variantdan istifadə edərək, eyni vaxtda müxtəlif markalı benzinləri qarşıdırmaqla, avtomobilimiz necə hərəkət edəcək?

Zaur Qurbanovun avtomobilinin mühərriki üçün "95 premium" markalı benzin nəzərdə tutulub. Elə həmin markalı benzini də tökür. Amma "92" markalı benzinlə qarışdırır. Deyir ki, "92"-i daha ucuzdur, hər zaman "95 premium" markalı benzindən istifadə etməyə imkanı çatmır.

Zaur kimi bir çox sürücü var ki, avtomobilə yanacaq doldurarkən benzin markalarını qarışdırır.

Yanacaqdoldurma məntəqələrində də bucür hallarla tez-tez rastlaşdıqlarını deyirlər.

Sürücülər bu üsuldan tez-tez istifadə etsələr də, bəzən mühərrikə uyğun olaraq hansı markalı benzinləri qarışdırmağın doğru olduğundan xəbərsizdilər. Bu da avtomobildə müəyyən fəsadlara yol açır.

Müxtəlif markalı benzinləri qarışdırmaq olarmı? Bakı Ali Neft Məktəbinin mərkəz müdiri, kimyaçı-alim Sənan Eminov deyir ki, müxtəlif markalı benzini qarışdırmaq olar, amma bütün hallarda yox.

Əgər sürücü "95" markalı benzinlə "98"-i qarışdırırsa, bu benzinin ümumi tərkibi "95"-dən üstün olacaq. Bu zaman avtomobilə heç bir ziyan dəyməyəcək.

Qaynarinfo.Az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.