Kirayə yer götürdü, qumar oynatdı – 15 min manat cərimə

20-10-2024, 00:04           
Kirayə yer götürdü, qumar oynatdı – 15 min manat cərimə
Bakıda ev tipli qeyri-yaşayış obyektini kirayələyib, qumar oyunları təşkil edən şəxsə hökm oxunub.
Qaynarinfo-nun məlumatına görə, 22 iyun 1970-ci ildə Gürcüstan Respublikasının Bolnisi rayonunda doğulmuş Azər Turabov Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Məlum olub ki, Azər Turabov Sabunçu rayonunda iki otaqlı ev tipli qeyri-yaşayış sahəsi kirayələyib. Mövlə, Yaşar, Elzar, Asim adlı tanışları həmin yerdə qumar oynamağa yer təşkil etdiyinə görə hər dəfə ona 40 manat pul veriblər.
Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 244-1.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və 15000 manat məbləğində cərimə cəzasına məhkum edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru