İki uşaq anası dərman içərək intihar etdi

20-10-2024, 16:34           
İki uşaq anası dərman içərək intihar etdi
Lənkəranda intihar hadisəsi baş verib.

“Qafqazinfo”nun verdiyi məlumata görə, hadisə bu gün Lənkəran şəhərinin Osaküçə kəndində qeydə alınıb.

Belə ki, iki uşaq anası olan 2005-ci il təvəllüdlü Elnurə İsfəndiyar qızı Qurbanova yaşadığı mənzildə ölü tapılıb.

E. Qurbanovanın dərman içərək intihar etdiyi bildirilir. İki gün bundan əvvəl Bakı şəhərindən kəndə qayıdan gənc xanımın hansı səbəbdən bu addımı atdığı məlum deyil.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.