Neftin qiyməti bahalaşır

23-09-2016, 09:43           
Neftin qiyməti bahalaşır
Dünya bazarlarında neftin qiyməti sürətlə bahalaşmaqda davam edir.

Oxu.az bildirir ki, ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 1,77% bahalaşaraq bir barelə görə 47,66 dollar olub.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində isə WTI neftinin qiyməti 1 barelə görə 2,36% artaraq 45,41 dollara satılıb.

Qeyd edək ki, sentyabrın 28-də Əlcəzairdə OPEK ölkələrinin qeyri-formal görüşü keçiriləcək. Gözlənilir ki, iclasda neft istehsalının dondurulması məsələsi yenidən gündəmə gətiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru