Paytaxtda tanınmış fitnes zalının sahibi bıçaqlandı

21-10-2024, 10:28           
Paytaxtda tanınmış fitnes zalının sahibi bıçaqlandı
Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.

APA xəbər verir ki, hadisə Ağ Şəhər Yaşıl ada küçəsində yerləşən "Pubar" iaşə obyektində qeydə alınıb.

Belə ki, 1994-cü il təvəllüdlü Fərid Vahid oğlu İsmayılov sözügedən obyektdə idman dərsi keçdiyi tələbəsinin döyüldüyü üçün qarşı tərəfə iradını bildirib.

Hələlik naməlum şəxs F.İsmayılovun əvvəlcə başına şüşə butulkanı çırpıb. Daha sonra bıçaqla ona xəsarət yetirilib. Ağır xəsarətlər alan F.İsmayılov Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Xəstə yerləşdirildiyi tibb müəssisəsində əməliyyat edilib. Həkimlər onun vəziyyətini stabil olaraq qiymətləndirirlər.

Qeyd edək ki, Fərid İsmayılov uzun müddətdir ki, müxtəlif idman zallarında idman təlimçisi kimi işləyir. Nərimanov rayonunda onun özünə məxsus "Lux" idman zalı var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru