Alatavadakı qanunsuz aparılan söküntü işləri zamanı iki nəfər xəsarət alıb

21-10-2024, 18:56           
Alatavadakı qanunsuz aparılan söküntü işləri zamanı iki nəfər xəsarət alıb
"Bakının Yasamal rayonunun Birinci Alatava yaşayış massivində xəsarət alan iki nəfər Kliniki Tibbi Mərkəzə təxliyə olunub".

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

"Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 20 oktyabr saat 13:30-da Yasamal rayonu, Alatava ərazisindən çağırış daxil olub. Çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib. Briqada tərəfindən xəsarət alan iki nəfər Kliniki Tibbi Mərkəzə çatdırılıb" , - deyə məlumatda bildirilir. azal vakansiya












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru