Salyanda bankomatdan külli miqdarda pul oğurlanıb

23-09-2016, 21:30           
Salyanda bankomatdan külli miqdarda pul oğurlanıb
Salyan rayonunun Sarvan kəndində bankomata olunmuş basqın nəticəsində 150 min manatdan artıq pulun oğurlandığı məlum olub.

Xəbər verdiyimiz kimi, ötən gecə “Azərpoçt” MMC-nin Salyan rayonunun Sarvan kəndindəki filalının binasında yerləşən bankomata basqın olub.

Vətəndaşların pensiya və müavinətləri verildiyindən, bankomatda xeyli məbləğdə pul olduğunu bilən şəxs və ya şəxslər binanın pəncərəsinin dəmir barmaqlığını qıraraq bankomatın yerləşdiyi otağa daxil olub bankomatda olan pulları aparmaq üçün onu qaynaq aparatı ilə kəsiblər.

Hazırda Salyan rayon polis şöbəsinin əməkdaşları tərəfindən cinayəti törətmiş şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində intensiv axtarış-əməliyyat tədbirləri həyata keçirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru