Azərbaycanda 222 hərbi qulluqçu mənzillə təmin olunacaq –Qərar

23-09-2016, 23:31           

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanı ilə yaradılmış Komissiyanın 2016-cı il 23 sentyabr tarixində növbəti iclası keçirilib.

teref.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, iclasda mənzil növbəsində olan 404 nəfər Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçusundan 222 nəfərin mənzillə təmin edilməsinə dair qərar qəbul olunub.

Bundan başqa Komissiyanın digər qərarı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox xidmət etmiş 304 nəfər hərbi qulluqçu mənzil növbəsinə qəbul edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru