Tanınmı. jurnalist AXCP-dən istefa verdi - "...şəxsimə qarşı gördüyüm ögey münasibət"
24-09-2016, 19:46
Azərbaycan Xalq Cəbhəsi Partiyasından (AXCP) daha bir nəfər istefa verib. teref.az azxeber.com-a istinadən xəbər verir ki. bu dəfə partiyadan fəal gənclərdən olan Rəşad Babalı istefa verib.
O özü bu haqda məlumat verib. Babalı istefasının səbəbini partiyada ona olan ögey münasibətə görə atıb: Son zamanlar baş verən proseslər qərarımı sürətləndirdi. Belə ki, üzvü olduğum Azərbaycan Xalq Cəbhəsi Partiyasının sıralarından çıxdığımı elan edirəm. Addımımın səbəbləri barədə hələki ətraflı yazmaq fikrim yoxdu. Ümumi olaraq iki amilin məni buna vadar etdiyini deyə bilərəm. Son zamanlar aparılan siyasi istiqamət və şəxsimə qarşı gördüyüm ögey münasibət. Həm də jurnalist kimliyimi hansısa partiya mənsubiyyəti olmadan davam etdirmək istəyirəm. Ümid edirəm artıq keçmiş partiydaşlarım, dostlarım mənim bu qərarımı anlayışla qarşılayarlar".
O həmçinin deyib ki, bundan sonra siyasi partiyaya üzv olmağı düşünmür: "Yaxın müddətdə hansısa partiyaya, siyasi quruma üzvlüyü düşünmürəm. Proseslərə baxışımda, prinsiplərimdə heç bir ciddi dəyişiklik yoxdu".